F-1.az xatırladır ki, keçən il sıfır saydpod konsepti ilə sezona başlayan Mercedes çətin dövrlər yaşamış və sadəcə bir yarış qazana bilmişdi.
“Gümüşü oxlar” bu il də saydpodsuz konseptdən əlçəkməyiblər və mövsümün ilk sıralanma turunda 6-cı və 7-ci yeri tutublar.
Toto Volff: “Bu konsepti təkmilləşdirməyə davam edəcəyik. Qələbə üçün mübarizə aparmaq istəyiriksə, 0.6 saniyə təkmilləşməliyik. İki sürücümüz də təmiz dövrə vura bilməsə də, fərqi olmadı. Bəlkə iki maşınla da Alonsonu qabaqlaya bilərdik, amma nəticə göz qabağındadır.
Lyuis də vəziyyəti bizim kimi dəyərləndirir. Uğur üçün özümüzü tənqid edirik. Bizə uğur gətirəcək bütün alternativləri dəyərləndiririk. Mühəndislər uğur qazanmağımız üçün idealar düşünürlər.
Lyuisin 8-ci titulu qazanmasına kömək edəcəyik. Alonsonun yaşına çatmasına 4 ili var və biz ona güclü maşın hazırlamalıyıq. Lazım olsa, onu trasda arxadan itələyib, çempionluq qazandıracağam. Nə lazımdırsa, edəcəm”.