T.Volff: “Həmiltonla hər şey yaxşıdır”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Lyuis Həmiltonla münasibətləri keçənilkinə nisbətən daha yaxşıdır.

F-1.az xatırladır ki, Həmilton noyabrda Əbu Dabi yarışında komandanın əmrlərinə qulaq asmayaraq, Rosberqi ləngitmişdi. Hadisədən sonra Toto Volff britaniyalı sürücünü cəzalandıra biləcəklərini demişdi. Amma avstriyalı rəhbər köhnə söhbətləri unudub: “Əbu Dabi çətin yarış idi. Nəticədə çempionluğu itirmişdi. Ondan sonra aradakı anlaşılmazlıqları həll etdik və artıq hər şey daha yaxşıdır. Lyuis həmişə qalib gəlmək istəyir. 2017-ci ildə çox güclü olacaq. Komanda ilə arası çox gözəldir və işinə fokuslanıb. Dördüncü çempionluq üçün böyük şansı var. Bu il Ferrari rəqabətədavamlı görünür. Buna görə də çətin mübarizə gözləyirik. Ümid edirəm ki, mövsümün sonunda qazanan biz olarıq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*