F-1.az xatırladır ki, Rosberq son yarışa 12 xal üstünlüklə girmiş və Həmilton çempion olmaq üçün almaniyalını ləngidərək, arxadakı sürücülərin onu keçməsi üçün şərait yaratmışdı.
Amma komanda Həmiltona “sürətlən” əmri versə də, 3 qat Dünya Çempionu bu təlimatları dinləməmişdi. Yarışdan sonra Volff Həmiltonu tənqid etmişdi.
Amma Volff fikrini dəyişib: “Bu cür riskli vəziyyətlərdə sürətli qərarlar verməlisiniz. Biz də Lyuisə bu cür təlimatlar verdik, amma sonra başa düşdük ki, səhv etmişik və yarışmalarına icazə verməli idik.
Sözün açığı, yarışda ancaq 43 xal barədə düşünürdük. Aralarındakı mübarizəni düşünmədik və səhv qərar verdik. Lyuisin çempionluğu buna görə əldən verməməsi bizi rahatlandırır. Hadisədən sonra Həmiltonla danışdıq və problemləri həll etdik. Gələn il güclü bolid düzəldib, yenidən rəqabətədavamlı olmaq istəyirik”.