F-1.az xatırladır ki, britaniyalı sürücü Ştiriya Qran Prisindəki yağışlı sıralanma turunda ən yaxın Ferstappenə 1.2 saniyə fərq ataraq, karyerasındakı 89-cu poulu qazanıb.
Toto Volff: “Həmiltonun dövrəsi son həddə idi. Belə yadplanetli performansı nadir hallarda görürük. Birinci ilə ikinci arasında 1.2 saniyə fərqi mən xatırlamıram.
Onun dövrəsinə bolidin üzərinə quraşdırılmış kameradan baxsanız, görərsiniz ki, bolid son həddə idi. Maşın sürüşürdü və qaza nəzarət edirdi. Hər şey bir araya gələndə belə performans görə bilərsiniz”.