F-1.az xatırladır ki, Həmiltonun yarış mühəndisi və komandanın texniki direktoru Pəddi Lou britaniyalıdan tempini yüksəltməyini istəsələr də, Həmilton onları dinləməyib və çempion olmaq üçün Rosberqi ləngitməyi seçib.
Toto Volff: “Bir az şizofrenik vəziyyətdəyəm. Bir tərəfdə əlində hamının riayət etməli olduğu qaydalar kitabı olan və hər şeyə nəzarət edən manyak komanda lideri var və hazırkı vəziyyətə bu formada gəlmişik. Digər tərəfdə isə içimdəki yarışçı ruhu var. O vəziyyətdə olsam, mən nə edərdim deyə öz-özümə soruşurdum. Həmiltonun iki seçimi var idi. Birincisi, fərqi açıb getmək və ən yaxşı sürücü olduğunu göstərmək. İkincisi isə… Gördüyünüz kimi Nikonu yavaşlatmaq üçün o, bunu seçdi. Bir az ağlım qarışdı. Yarış sürücüsü deyəndə düşündüyüm budur. Nikonu ləngitmək mənim də ağlıma gələ bilərdi, başqalarının da. Kristian Horner də həftəsonundan əvvəl eyni şeyləri demişdi. Həmilton da Hornerin dediklərinə qulaq asdı və bəlkə də onun komandasında yarışmaq istəyir. Beynimin içində o tərəfə gedirəm, bu tərəfə gəlirəm. Niko vəziyyətdən yaxşı çıxdı, bəlkə də, ötmə edə bilərdi. Hər problemi həll etmək asan deyil.
Onlara sərbəst yarışmaq hüququ verə bilərdik, amma belə olan halda daha az yarış qazana bilərdik və çempionluğu itirə bilərdik. Çünki komanda körpüsündə başqa vacib şöbələr də var. Biz illərdir bir fəlsəfə ilə işləyirik: “Əgər birinci yer təmin edilibsə, müdaxilə etməyəcəyik. Bu yarışda qələbəni əldən verə bilərdik, çünki Lyuis hər dövrə daha yavaş gedirdi. Biz müdaxilə etməyə burada qərar verdik və o da bu təlimatlara qulaq asmadı”.