F-1.az xatırladır ki, Həmilton yarışa pouldan başlasa da, təkərləri tez yeyilmiş və pitə əsas rəqibi Fetteldən tez girməli olmuşdu. Britaniyalı sürücü pit-stopdan çıxdıqdan sonra Ferstappenin arxasında trafikə düşmüş və vaxt itkisinə görə yarışı ikinci bitirməli olmuşdu.
Toto Volff: “Lyuis hazırda çox güclüdür, hətta son 4 ildəki ən güclü Lyuisdir. Bunu trasda və trasdankənar hərəkətlərinə görə deyirəm. Artıq əsl peşəkardır və işlə əyləncə arasındakı balansı yaxşı tənzimləyir.
Formula1-də uğurlu olmaq üçün qarşınıza məqsəd qoymalı və ona görə addımlar atmalısınız. Lyuis də bunu necə edəcəyini yaxşı bilir. Buna görə də son 3 mövsümdə əla çıxış edir. Avstraliyada qələbəni əldən verdiyi üçün çox hirslidir. Çində yenidən zirvəyə yüksəlməsini gözləyirəm. Ümid edirəm ki, komanda adına gözəl yarış olar”.