F-1.az xatırladır ki, Rosberq keçən il çempion olduqdan bir neçə gün sonra istefa verərək karyerasını bitirmiş və Mercedes komandasını çətin vəziyyətdə qoymuşdu.
Toto Volff: “Lyuis həmişə qərarlarını sərbəst alıb. Əminəm ki, həmişə önündə çoxlu seçimlər var və bu da onun üzərində təzyiq yarada bilir. Bunu bilirəm və növbəti 2-3 il ərzində fərqli şeylər sınamaq istəyəcək. Amma Həmilton ani qərarla idmandan getməz. Bu da onun güclü tərəflərindəndir. Hər şeyi xırdalığına qədər düşünüb qərar verə bilir. Formula1-dən həzz almadığı halda idmandan getməsi normaldır, amma bu barədə əvvəlcə bizə deyəcək”.