F-1.az xatırladır ki, Ferrari sonuncu Bakı yarışında sərbəst yürüşlərdə sürətli olsalar da, bu templərini sıralanma turu və yarışa əks etdirə bilməmişdilər.
Toto Volff: “Heç kimi aldatmağa çalışmırıq. Siz buna inanmaya bilərsiniz. Amma yeni bolidimizi anlamaqçün çox iş görməliyik. İlk yarışlardakı uğurlarımızın çoxlu səbəbləri var idi. Komanda heç bir səhv etmədi və düzgün strategiya seçdi. Sürücülər də mükəmməl idilər. Rəqiblərimizin səhvlərindən yararlanaraq, ardıcıl 4 yarış qazandıq”.