T.Volff Halonu mişarlamaq istəyir

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, fürsəti olsa, Halonu elektrik mişarla kəsər.

F-1.az xatırladır ki, bu il komandalar Halodan məcburən istifadə etməlidir. Lakin komanda rəhbərləri cihazın ağır olduğunu və buna görə də bolidin ağırlıq mərkəzinin yuxarı qalxdığını deyirlər.

Toto Volff: “Görüntüdən narazıyam. Əgər mənə elektrik mişar versələr, birinci növbədə Halonu kəsib ataram. Sürücülərin təhlükəsizliyini düşünməliyik, lakin görüntü cəhətdən bərbaddır. Bu konseptin əvəzinə daha yaxşı sistem tapmalıyıq. Bolidin üzərinə ağır yük minir və ağırlıq mərkəzi məhv olur. Bir avtobusu daşımaq gücündə olsa da, bu, Formula1 bolididir.

FİA bütün testləri və ssenariləri tətbiq edib. Halo sürücülərin təhlükəsizliyi üçün vacibdir. Bəzi ssenarilərə görə sürücülər qəza zamanı hətta boliddə çıxılmaz vəziyyətdə qala bilərlər. Amma ümumilikdə sürücülər Halo ilə güvəndədirlər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*