T.Volff: “Halo iyrənc görünür”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, halo bolidin üzərində çox qorxulu görünür.

F-1.az xatırladır ki, sürücülərin başını qorumaq məqsədilə gələn ildən etibarən Halo sistemindən istifadə olunacaq.

Toto Volff: “Qətiliklə deyə bilərəm ki, bu, qorxulu görünür. Bazadakı toplantıda sistemi bolidə quraşdırdıq və hamıya göstərdik. Böyük və ağır metal parçasından başqa şey deyil. Bolidlə uyğunlaşmır. Əgər istifadə etməmək şansım olsaydı, imtina edərdim. Lakin bu mümkün deyil. Buna görə iş davam edir. Sürücülərin təhlükəsizliyini də düşünməliyik. Həyatımızı xilas edəcək bir sistem varsa, istifadə etməliyik. Bəlkə, gələcəkdə daha gözəl görünən bir sistem taparıq.

Halo aerodinamikaya çox təsir etməyəcək. Bütün montaj detalları ilə 10 kq artım olmalıdır. Ağırlıq mərkəzi yüksəldiyi üçün bəzi şeylərdə qənaət etməliyik. Buna görə də hər şey bərbad oldu”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*