F-1.az xatırladır ki, dörd yarışdan sonra Bottas 87 xalla liderdir. Komanda yoldaşı Həmilton ondan 1 xal geridə qalır. Toto Volff isə komandasında ikinci Həmilton-Rosberq rəqabəti görmək istəmir: “Sürücülərə əmr verilmədi. Belə etsəm, hamı eşidərdi. Sürücülərlə az danışıram, çünki emosional oluram. Televizordan baxanlar strateqlərdən Fettel barədə soruşduğumu gördülər. Onlardan performansımızı azaldıb-azaltmayacağımız barədə soruşdum.
Fettel və Lekler mübarizəyə qayıdacaqlar. Buna görə də Niko və Lyuis arasındakı mübarizənin təkrarlanmasını istəmərik. Sürücülər arasındakı münasibət yaxşı olduğu üçün şanslıyıq. Amma diqqətli olmalıyıq. Keçmişdə münasibətlər pozulmuşdu”.