T.Volff gənc sürücülərindən təsirlənib

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, gənc sürücüləri Okon və Verlyaynın performansından razıdır.

F-1.az xatırladır ki, həm Okon, həm də Verlyayn karyeralarına Manor komandasında başlasalar da, 2017-ci ildə komandalarını dəyişdirmişdilər. Fransalı sürücü Force İndia komandasına, almaniyalı sürücü isə Sauber komandasına transfer olunmuşdu.

Amma Verlyayn Çempionlar Yarışında ağır qəza keçirdiyi üçün mövsümün ilk iki yarışını buraxmalı olmuşdu. Lakin 22 yaşlı sürücü Bəhreyndə çıxdığı ilk yarışda mükəmməl performans göstərərək 11-ci yeri tutmuşdu. Okon isə mövsümün ilk 3 yarışında 10-cu yeri tutaraq, hər yarışda xal qazana bilib.

Toto Volff: “Paskalın Bəhreyndə qayıtmasına görə sevincliyəm. Hələ bütün ağrılarından qurtula bilməyib, amma buna baxmayaraq, gözəl həftəsonu keçirdi. Sıralanma turunda güclü idi və yarışda da özünü yaxşı tərəfdən göstərdi. Sauber ilə ilk xallarını ala bilərdi. Buna görə də çox sevinirəm. Bütün tənqidlərə cavab verdi.

Estebanın komanda yoldaşı müqayisəolunmaz dərəcədə çox güclüdür. Amma Esteban doğru yoldadır”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*