T.Volff: Gələn ilin maşını çox fərqli olacaq

Mercedes 2024-cü il mövsümü üçün avtomobilin dizaynında əsaslı dəyişikliklər etməyi planlaşdırır.

F-1.az xəbər verir ki, komandanın lideri Toto Volff bildirib ki, ilkin hesablamalar görə bunu maliyyə reqlamentini pozmadan etmək olar.

Toto Volff: “Biz maliyyə departamentində 46 nəfərdən ibarət böyük bir bölmə yaratdıq, bütün xərclərimizə olduqca diqqətlə nəzarət edirik. Biz il boyu xərclərə nəzarət edirik ki, bu da bizə müxtəlif layihələrə resurslar ayırmağa imkan verir.

Keçən il və bu il icazə veriləndən az xərclədik və gələn il üçün inkişaf planları ilə biz demək olar ki, düzgün yoldayıq. Biz daim avtomobilin xüsusiyyətlərini öyrənirik və növbəti mövsümdə dizaynda əsaslı dəyişikliklər edəcəyik, lakin bu dəyişikliklər aerodinamik boruda saatlarla işləmək qədər pul tələb edəcəklər”.

Qeyd edək ki, komanda son dəfə 2021-ci ildə çempionluq mübarizəsinin içində olub. Son iki ildə yaradılan konsepsiya uğur gətirməyib – komanda keçən mövsümün startından bəri yalnız bir dəfə qalib gələ bilib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*