F-1.az xatırladir ki, Liberty Media 2021-ci ildə mühərrik reqlamentində dəyişikliklər etmək istəyir. Amma Mercedes və Ferrari yeni reqlamentdən narazıdırlar.
Toto Volff: “Reqlamenti öz xeyrimizə dəyişmək istəmirik. Bu hal sabah bizim əleyhimizə ola bilər. Reqlament bəlkə də, Mercedes-ə görə dəyişdirilir. Çünki hazırkı reqlament bizim üçün əla işləyir. Performansı salmaq üçün hər şeyə sıfırdan başlaya bilərlər. Amma bu baha başa gələ bilər. Biz reqlamentin dəyişməsini istəmirik. İki il ərzində istehsalçılar arasındakı fərqlər çox cüzi olacaq. Renault bu il bir az da yaxınlaşacaq. Honda da böyük addım atıb”.