T.Volff Formula1 pilotu olmaqdan imtina edib

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, 1994-cü ildə Nürburqrinqin 24 saatlıq marafonunda qələbə qazandıqdan sonra ona Formula1-də yarışması üçün təklif gəlsə də, bu təklifi rədd edib.

F-1.az xatırladır ki, Toto Volff 2013-cü ildə Mercedes Motorsport-un rəhbəri təyin olunmuşdu və “gümüşü oxlar”ın hazırkı uğurlarında böyük payı var. Buna görə də idmandakı uğurlarından həzz almağa davam edir.

Amma avstriyalı mütəxəssis Formula1-də sürücü kimi uğursuz olacağını bildiyi üçün belə bir təklifi rədd edib və buna görə peşman deyil: “1994-cü ildə 24 saatlıq Nürburqrinq yarışını qazandıqdan sonra Formula1-də yarışmaq üçün təklif gəldi.

Sponsorlarımdan biri eyni zamanda Karl Vendlingeri dəstəkləyirdi. Amma Karl Monakoda ciddi zədə aldı və Sauber komandasında onu əvəz etməyimi istədilər.

Amma mən həm hündür, həm də kök olduğum üçün Formula1-də uğursuz olacağımı bilirdim. Sürücü kimi yaxşı karyeram olmazdı. Buna görə də onlara dedim ki, mənim transferim pul itkisidir. Bundan sonra peşəkar sürücü xəyalımın dalınca getmədim”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*