T.Volff: Formula E-də azarkeş az idi

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Formula E-dən azarkeş sayı az olduğu üçün çəkiliblər.

F-1.az xatırladır ki, “Gümüşü Oxlar” 2018-ci ildə DTM-dən ayrılaraq, Formula E-yə keçmiş və burada iki dəfə Dünya Çempionu olmuşdular. Lakin onlar keçən ilin sonunda FE-dən çəkildiklərini açıqlayıblar.

Toto Volff: “Məncə, Formula1 elə böyüdü ki, digər seriyalar kölgədə qaldı. DTM-də 30 ildən çox idi yarışırdıq və uğurlu idik. Ancaq hazırda elə nöqtədəyik ki, bir iş görmək istəsən, 50 milyon avron gedir. Bu sərmayənin geridönüşü isə çox az idi.

Formula E-də azarkeş sayı az idi. DTM və Formula E var. Bir də hərtərəfli Formula1… Buna görə də bütün diqqətimizi Formula1-ə verdik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*