F-1.az xatırladır ki, Rosberq Dünya Çempionu titulunu qazandıqdan 5 gün sonra təqaüdə çıxdığını açıqlamışdı. Bu qərar həm Mercedes-ə, həm də bütün Formula1 Dünyasına şok yaşatmışdı.
Sürücülərin çoxunun müqaviləsi olduğu üçün Mercedes təcrübəli sürücü tapmaqda çətinlik çəkir. Həmiltonun komanda yoldaşı olmaq üçün Bottas, Sayns və Verlyayn ən real namizədlərdir. Amma Williams Bottası, Red Bull isə Saynsı buraxmaq istəmir. Belə olan halda, Mercedes-in Verlyayndan başqa seçimi qalmır.
Toto Volff: “Bəzi sürücülərin müqavilələri 2018-ci ildə bitəcək. Fettel kimi sürücüləri də düşünməliyik”.
Gerhard Berger hesab edir ki, Mercedes 2018-ci il üçün Sebastyan Fetteli transfer etmək istəyir: “Ferrari hazırda təzyiq altındadır. Fettel gələn il Ferrari-nin necə inkişaf etdiyini və necə performans göstərdiyini biləcək. Fettel 2018-ci il üçün Mercedes seçimini ağlında tutacaq. Buna görə də hər şey Ferrari-dən asılıdır”.