F-1.az xatırladır ki, hollandiyalı sürücünün adı tez-tez Mercedes-lə hallanır. Əksəriyyət düşünür ki, Ferstappen gələcəkdə Həmiltonu əvəzləyəcək.
Toto Volff: “Lyuis uzun illərdir ki, Mercedes-dədir və komandanın vacib bir hissəsidir. Komandanın uğurlarında böyük payı var. Siz gələcəkdə Mercedes-də kimin yarışacağını düşünürsünüz, amma biz düşünmürük. Maks gələcəyin ulduzudur, amma o tək deyil. Qazanma potensialı olmayan bolidləri sürən sürücülər çoxdur. Görək nə olur”.