F-1.az xatırladır ki, “qırmızılar” Almaniyada sürətlə görünsələr də, Fetteldə turbo, Leklerdə isə yanacaq sistemi ilə bağlı problem yaşanıb. Nəticədə Ferrari-lər yarışa 10 və 20-ci yerdən başlayacaqlar. Bu haldan maksimum istifadə edən Həmilton isə karyerasının növbəti poulunu əldə edib.
Toto Volff: “Ferrari və Sebastyana simpatiyam var. Çünki bura onun ev yarışıdır. Fanatları cəlb etmək üçün onlar da güclü olmalıdır. Mübarizə apara bilməmələri məyus edicidir. Bizim Ferrari-yə ehtiyacımız var. Ancaq özümüzə görə sevincliyəm. Çünki sessiya pis başladı. Sonra isə hər şey qaydasına girdi. Yarışda hava isti olsa, Valtteri rahatlıqla qalib gələ bilər”.