F-1.az xatırladır ki, Ferrari komandası mövsümə böyük ümidlərlə başlasa da, turbinlə bağlı problemlər yaşayır və belə bir şayiə gəzir ki, italyanlar mühərriyi maksimum gücdə istifadə etmirlər.
Toto Volff: “Ferrari bu həftəsonu mühərriyi qorumaqla məşğul oldu. Mühərriyi Bəhreyn yarışına nisbətən çox qorudular. Amma onlar qısa müddət ərzində mühərriyi tam gücdə istifadə edəcəklər.
Yarışın əvvəlində Ferrari sürücüləri bir-birləri ilə insident yaşadılar və bu onların yarışına təsir etdi. Fettelin ön qanadı yarışda iki dəfə zədələndi.
Birinci dövrədəki vəziyyətlərindən sonra yarışı 2-ci və 5-ci yerdə bitirdilərsə, buna görə sevinməlidirlər. Biz onları güclü rəqib və təhdid kimi görürük”.
Niko Rosberq ilk 3 yarışda qalib gəlməsinə baxmayaraq, Volff bildirib ki, hələ heç bir şey dəqiq deyil: “Mövsümün əvvəlində maksimum həddə xal qazanmaq çox vacibdir. Aradakı fərq böyük olsa da, hələ ilk günlərdəyik.
Hələki 3 yarış keçirilib və 18 yarış qalıb. Həmilton zehni cəhətdən çox güclüdür. Ona görə də, əminəm ki, mövsümün sonunda onlar yaxı olacaqlar”.