F-1.az xatırladır ki, Fettel yarışa üçüncü yerdən başlasa da, startda Valtteri Bottası keçmiş və uzun müddət finlandiyalı rəqibini arxasında saxlaya bilmişdi. Lakin dördqat Dünya Çempionu virtual təhlükəsizlik maşını rejimində pit-stop edərək, 4-cü yerə qədər geriləmiş və yarışın sonuna qədər önündəki Ferstappenə yaxınlaşa bilməmişdi.
Toto Volff: “Həmişə bu qərarı vermək çətindir. Keçmişdə bizdə də oldu. Çində ya yeni təkərlər götürməli idik, ya da trasdakı yerimizi qorumalı idik. Bu gün də eynisi oldu. Maksı keçməyin çətin olduğunu düşünsək, trasdakı yeri qorumaq daha məntiqli qərar idi. Ferrari isə tərsini etdi. Çində bu taktika Rikkardo və Ferstappen üçün işlədi. Məncə, Ferrari də bunu düşündü. Belə qərarları vermək həmişə çətindir. Niyə belə etdiklərini anlayıram”.