T.Volff: “Ferrari-Mercedes rəqabəti idman üçün faydalıdır”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Ferrari komandasına uduzmaqları pis olsa da, idman üçün yaxşıdır.

F-1.az xatırladır ki, mövsümün ilk 3 yarışından ikisini Ferrari, birini isə Mercedes komandası qazanıb.

Toto Volff: “Məğlub olmaq həmişə pisdir. Qazanmaq isə gözəldir. Hazırda işlər bizim üçün qaydasında getmir, amma qısa müddət ərzində geri dönə bilərik. Ferrari və Mercedes rəqabəti Formula1 üçün çox vacibdir. Həm azarkerkeşlər, həm də idmanın gedişatı üçün bu olmalı idi. Son 3 mövsümdə hər şey istədiyimiz kimi gedirdi və rahat vəziyyətdə idik. İndi üzərimizdə təzyiq var və bunu dəf edə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*