F-1.az xatırladır ki, Montsada Mercedes komandası 1-ci və 2-ci yerləri tutduqları halda, Fettel bu cütlüyə yarım dəqiqədən çox uduzub.
Toto Volff: “Bizim üçün problemsiz yarış idi. Məncə, Ferrari İtaliyada 1 addım geri getmişdi. Biz yaxşı performans göstərsək də, onlar gözləntiləri qarşılaya bilmədilər. Red Bull ən arxadan başladı və az qala 3-cü olurdu. Mən Ferrari-nin Spadakı kimi yaxın olacağını düşünürdüm.
Bu mövsüm trasların konfiqurasiyasına görə sıralanma tez-tez dəyişdi. Belçikada hamı bizdən asan qələbə gözləyirdiq, çünki bizim üçün əlverişli tras idi. Amma bizə çatin anlar yaşatdılar. Bu yeni bolidlərə görədir. Hələ də öyrənirik. Ferrari bi gün öyrəndiyi kimi biz də keçmiş yarışlarda öyrəndik. İndi isə Sinqapur yarışına fokuslanmalıyıq”.