F-1.az xəbər verir ki, Totoya aid bu F40 Ferrari Red Book Classiche sertifikatına malikdir, yəni onun orijinal şassi, kuzov, mühərrik və ötürmələr qutusu var. Maşın indiyə qədər cəmi 5536 km məsafə qət edib. Qiymət razılaşma yolu ilə təyin ediləcək.
Qeyd edək ki, bu, Volffun kolleksiya avtomobillərini satdığı ilk hadisə deyil. Bir neçə il əvvəl o, Ferrari Enzo və LaFerrari Aperta modellərini satışa çıxarmışdı.