F-1.az xatırladır ki, hazırda Ferrari komandası həm Mühəndislər Kubokunda, həm də Sürücülər Çempionatında liderlik edir.
Toto Volff: “Ferrari komandası 2017-ci il bolidi üzərində işə 2015-ci ilin dekabrında başladı. Biz isə 2016-cı ilin mart ayından bu mövsümə hazırlaşmağa başlamışıq. Bu isə 16 həftəlik fərq deməkdir.
Ferrari keçən il resurslarının əksəriyyətini bu ilə yönəltdi. Biz isə çempionluq uğrunda mübarizə apardığımız üçün cəsarətli davrana bilmədik. Bu isə dövrədə 0.4-0.5 saniyə fərq deməkdir”.