T.Volff: “Ferrari bizə çox təzyiq edir”

Toto Volff Ferrari-nin keçən illə müqayisədə Mercedes-lə aradakı fərqi azaltdığını düşünür.

F-1.az xəbər verir ki, Mercedes Motorsports-un başçısı Toto Volff bu gün təşkil olunmuş FİA-nın mətbuat konfransında danışıb: “Bu gün onların sürətini hər kəs gördü. Bizə çox təzyiq edirlər. Son yarışlarda onların hansı səviyyədə olduqlarını görürük.

Onlar hələ inkişaf edəcəklər. 2015-ci ildən 2016-cı ilə keçiddə bir il əvvəl olduğu kimi böyük addım atdılar. İndidən tam güclərini göstərməkləri mümkün deyil. Bizimlə rəqabət apara biləcək vəziyyətdədirlər və bu idman üçün yaxşıdır”.

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene isə bu sözlərə çox da əəmiyyət verməyib: “Cümə günü bizim üçün yaxşı keçdi. Ancaq cümə günü olan nəticələrlə çempionatda xal qazanmırıq. Ona görə də sıralanma turlarında və yarışda yaxşı nəticə göstərə bilməliyik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*