F-1.az xatırladır ki, Həmilton Avstraliyada rahatlıqla liderlik edərkən virtual təhlükəsizlik avtomobilindən istifadə edən Fettel qələbə qazanmışdı.
Toto Volff: “Mövsümün əvvəlində digər komandaların qələbə üçün şanslarının olmadığını deyirdilər. Amma mən həmişə bu düşüncələrə qarşı idim. Fettelin qalib gəlməsi buna sübutdur. Ferrari və Red Bull çempionluq üçün favoritdirlər və bizi həyəcanlı mövsüm gözləyir. Ferrari ədalətli qələbə qazandı. Bəhanələr uydurmaq mənasızdır. Onları təbrik edirəm. Çox adam düşünür ki, sıralanma turunda xüsusi rejimdən istifadə edirik. Amma şənbə günü mühərrik rejimini dəyişmədik. Sadəcə Lyuis mükəmməl dövrə vurdu və qarşılığını aldı.
McLaren, Renault və Haas orta qrupda əla çıxış etdilər. Ferstappen və Bottas onları keçməkdə çətinlik çəkdilər. Arxa cərgələrdən yüksəlmək asan deyil”.