F-1.az xatırladır ki, Mercedes komandası ilk iki yarışda ən sürətli üçüncü komanda kimi görünüb. Komanda dalğalanma problemindən əziyyəti çəkir və bunun arxa asılqandan qaynaqlandığını düşünürlər. Problem həll edilə bilmədiyi üçün bolidin real potensialı gün üzünə çıxmır.
Ciddədə “gümüşü oxlar” liderlərə hər dövrəyə 1 saniyə uduzub və bu, turbo erada onların ən pis nəticəsidir.
Toto Volff: “Hazırda hər şey azarkeşlər üçün yaxşdır, amma geridə olmaq bizi məyus edir. Ancaq təslim olmayacağıq! Hazırkı yerimizdən həzz almırıq. Əlimizdəki potensialdan əmin deyilik. Real performansı görmək üçün bolidin hündürlüyünü azaltmalıyıq”.