T.Volff: “Ekklstounun yerinə keçmək istəmirəm”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, onun Berni Ekklstounun yerinə keçmək kimi bir planı yoxdur.

F-1.az xatırladır ki, idman tamamilə Liberty Media-nın əlinə keçdikdən sonra idmanın rəhbərinin də dəyişilməsi gözlənilir. Berni Ekklstounun yerinə ən resl namizədlər Zek Braun, Ross Braun və Toto Volff idi. Amma Zek McLaren-in təklifini qəbul edərək, britaniyalıların yeni rəhbəri olub. Artıq bu vəzifə üçün iki namizıd qalıb – Toto Volff və Ross Braun.

Toto Volff
: “Formuıa1-in rəhbəri olmaq kimi xəyalım yoxdur. Bu, Ekklstounu tənqid edən insanların düşündüklərindən çətin işdir. İdmanı elektron dünyaya adaptasiya edərək gəlirlərini artırmaq qarışıq bir şeydir. Məncə, bu problemi başqası həll etsin. Mənim maraqlarım komandamı inkişaf etdirməkdir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*