F-1.az xatırladır ki, Həmilton əfsanəvi Monako yarışında qalib gələrək, Mercedes komandasına 93-cü qələbəni gətirib. Lakin pit-stop zamanı Maks Ferstappen və Valtteri Bottasın təması nəticəsində “gümüşü oxlar” növbəti qələbə dublunu əldən veriblər.
Toto Volff: “Qələbə dublu edə bilməməyimizin səbəbi mənəm. Valtteri bu il motivasiyalıdır və Kanadada daha güclü olacaq. Məncə, arxayınlaşmamalıyıq.
Ancaq qələbə dublları və hətta, dubl podiumlar avtoidmandakı rəqabət üçün normal deyil. Buna görə də manelərə ilişməyi gözləyirik. Bu həftə belə oldu və 1 və 3-cü yerləri tutduq. Kanadada var gücümüzlə yarışacağıq”.