F-1.az xatırladır ki, DAS sistemi vasitəsilə sürücülər asılqanın bucağını dəyişdirə bilir və bunun hesabına təkərlərin ömrü daha uzun olur. Bundan başqa sistemin döngələrdə də kömək etməsi gözlənilir.
Toto Volff: “Bu barədə hələ danışmaq istəmirik. Ancaq bizə iki saniyə qazandıracağını düşünürsünüzsə, yanılırsınız. Builki bolidimizdəki yeniliklərdən sadəcə biridir. Əsas paketin yaxşı işləməsidir”.