F-1.az xatırladır ki, Mercedes-in son iki ildəki uğursuzluğu ilk növbədə seçilən konseptlə əlaqələndirilir.
Toto Volff: “2024-cü ilə qədər şassinin tam dəyişdirilməsi imkanları nəzərdən keçirilirmi? Şassi haqqında danışarkən sual yaranır ki, siz monokokdan və ya ətrafdakı hər şeydən danışırsınız? İndi ehtiyacımız olan ən vacib şey asfaltayatma qüvvəsinin artırılmasıdır.
Yaxın bir neçə ayda bunun doğru yol olduğu qənaətinə gələn kimi, eyni istiqamətdə irəliləməyə davam edəcəyik. Əgər bunun uğur qazanmaq üçün kifayət etmədiyini görsək, daha radikal qərarlar qəbul etmək lazım gələ bilər”.