F-1.az xatırladır ki, Mercedes 2021-ci ilin sürücülər çempionluğu istisna olmaqla, 2014-cü ildən keçən ilə qədər bütün titulları qazanıb. Lakin təcrübəli mütəxəssis daha bunun olma ehtimalına çox da inanmır.
Toto Volff: “Oyunu başqalarından daha yaxşı oynamaq lazımdır. Bu gün rəqiblərimizin kim olduğunu bilirik – açıq mübarizə var. Məhdudiyyətlərə görə gələcəkdə fərqli rəqiblərimiz də ola bilər. Məncə idmanda bu olmalıdır. Artıq heç bir komandanın ardıcıl 8 totul qazanacağına inanıram və yeni qaydalar da bir növ buna xidmət edir. Büdcə limiti də işləri çətinləşdirir. Çünki sürəti artırmaq üçün çox pul xərcləyə bilmirik”.