F-1.az xatırladır ki, Corc Rassell Albert Parkdakı yarışın startında liderliyə yüksəlsə də, qırmızı bayraqlardan əvvəl pitə çağırıldığı üçün 7-ci yerə geriləyib. Restartdan sonra 4-cü yerə qədər yüksələn 24 yaşlı pilota bu dəfə güc qurğusu mane olub və o, mübarizəni vaxtından əvvəl dayandırıb.
Toto Volff: “Corcun bəxti gətirmədi. Lider gedərkən yaxşı pit-stop etdi. Bu doğru qərar idi və öndə qala bilərdi. Qırmızı bayraqdan sonra yarışımız o qədər də yaxşı olmadı. Yenə də yüksəlmək şansı var idi. Buna görə güc qurğusunda bəxti gətirmədi”.