F-1.az xatırladır ki, Toto Volff Paskal Verlyayn və Valtteri Bottasın ünvanına təriflər yağdırmışdı.
Mercedes komandası Milad bayramından əvvəl yeni sürücüsünün adını açıqlamaq istəyir.
Toto Volff: “Sözün açığı, Niko bu qərarı gec verdiyi üçün pis vəziyyətə düşdük. Biz 3 ay əvvəldən onun ayrılacağını bilsəydik, daha çox alternativimiz olardı. Bəlkə, biz də Niko kimi cəsarətli qərar verməliyik”.
Bu cəsur qərar 22 yaşlı Verlyaynın təcrübəsi az olmasına baxmayaraq, komandaya gətirilməsi ola bilər, çünki Volff bildirmişdi ki, müqaviləli münasibətlərə hörmət edəcəklər: “Ən sürətli və ən az səhv edən və bunun komanda oyunu olduğunu anlayan bir sürücüyə ehtiyacımız var”.
Paskal Verlyayn və Esteban Okon Mercedes-in gənc sürücü proqramından məzun olub. Hər iki sürücü də 2016-cı ildə Manor komandası ilə debüt ediblər.
Okon gələn il üçün Force İndia komandası ilə müqavilə bağlayıb. Verlyayn isə hazırda azad agentdir və heç bir komanda ilə müqaviləsi yoxdur.
Toto Volff: “Bəzən həyatda işlər planlaşdırdığınız kimi getmir. Performans cəhətdən ikisi də keçmişdə yaxşı idi və Manor ilə güclü yarışlar keçirtdilər. Onlar Formula1-də gələcəyə layiqdirlər. Hər ikisini də gələcəyin ulduzları kimi görürəm”.