T.Volff: “Çempionluq barədə danışmaq tezdir”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, çempionluq barədə danışmaq hələ tezdir.

F-1.az xatırladır ki, Lyuis Həmilton sona 4 yarış qalmış ən yaxın rəqibi Sebastyan Fetteli 59 xal qabaqlayır. Britaniyalı sürücü son 4 yarışın hər birində 4-cü olsa, karyerasındakı 4-cü çempionluğunu qazanacaq.

Toto Volff: “Bir şeyin qətiləşməsi üçün başqa alternativ qalmamalıdır. Hazırda Sebastyan mübarizənin içindədir və çempion kimi davranmamalıyıq. Bu il ən çətin çempionluq mübarizəsini gördük və bu prosesə yaxşı nəzarət etdik. Son 4 yarışda da ən yaxşı işi görüb qalib gəlmək istəyirik. Bolidimiz güclüdür. Bizi yarı yolda qoymadı və çempionatda vacib üstünlüyümüz var. Sebastyanın son yarışlardakı problemi etibarlılığın vacib olduğunu göstərdi. Formula1-də həmişə gözlənilməz hadisələr baş verir və qazana biləcəyimiz 100 xal var. Bu da o deməkdir ki, Lyuis hələ çempion olmayıb”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*