Toto Volff: “”Düşünürəm ki, bu maşın həmişə bizim üçün xüsusi olacaq və kolleksiyamızda xüsusi bir yer alacaq – uzaq bir küncdə, divarın dibində xüsusi yer tutacaqdır. Ancaq əslində, gələcəklə bağlı çox şey öyrənə bildiyimiz üçün ona hörmətlə yanaşacağıq. Aerodinamikanın əsas anlayışı dəyişdi. Əlavə olaraq, Braziliyadakı yarışda bu maşının qalib gəldiyini unutmayaq”.
Xatırladaq ki, Mercedes turboerada ilk dəfə bu il dominantlıq edə bilməmiş, mövsümü Mühəndislər Kubokunda üçüncü yerdə tamamlamış, yalnız bir yarışda qalib gələ bilmişdi.