T.Volff: Büdcə limiti problem yaratmadı

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, büdcə limitinin problemlərə təsiri olmayıb.

F-1.az xatırladır ki, Mercedes keçən mövsüm zəif təsir bağışlayıb. Mövsümə pis başlayan “gümüşü oxlar” sonradan inkişaf etsə də, sadəcə bir yarış qazana biliblər.

Toto Volff: “Büdcə limiti olmasaydı, heç nə dəyişməzdi, çünki güclü işçilərimiz, avadanlıqlarımız var. Burada əas məsələ mərhələli işləyib, bir-bir problemləri tapmaq idi.

W13-ü təkmilləşdirərkən cəsarətli davrandıq və qürurluyam. Sıfır sidepod konsepti ilə də qürur duyuram. Bunlar bolidin tempinə problem yaratmadı. Bolidin yaxşı tərəfləri də var idi – güc qurğusu mövsüm ərzində yaxşı işlədi.

Mən buna inanıram: Uğur qazanmaq üçün səhv etməli və problemlərlə üzləşməlisiniz. İstənilən idman növündə heç bir komanda hər il çempion olmur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*