T.Volff: Büdcə limiti bizi özümüzdən qorudu

F-1.az xəbər verir ki, Mercedes-in rəhbəri son dövrlərin ən aktual büdcə limiti barədə öz fikirlərini bölüşüb.

Toto Volff: “Əsas dəyişiklik bizi özümüzdən qorumaq üçün qoyulan xərc həddi idi. Bundan əvvəl vəziyyət elə idi ki, Red Bull, Ferrari və Mercedes öz liqalarında mübarizə aparırdılar, kiçik komandalar isə xərc baxımından rəqabətə girə bilmirdilər.

Büdcə limiti ABŞ-da uzun müddətdir mövcud olan bir sxemə əsaslanır. NFL və NBA-da komandanıza xərcləyə biləcəyiniz məbləğlə bağlı məhdudiyyət var. Formula1 texniki inkişaf xərclərinə limit tətbiq etdi və bu da bütün mühiti dəyişdirdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*