F-1.az xatırladır ki, keçən ilin qış tətili Mercedes komandası üçün çətin olmuşdu. Belə ki, Rosberq çempion olduqdan 6 gün sonra gözlənilmədən istefa vermiş və Almaniya təmsilçisi yeni sürücü axtarışlarına başlamışdı. Sonda isə Valtteri Bottas komandaya gətirilmişdi.
Toto Volff: “Qətiliklə deyə bilərəm ki, bu il stress daha az oldu. Amma növbəti günlərdə necə olar bilmirəm. Lyuisin nə düşündüyünü heç vaxt bilmərik.
Lyuisin performansı bu il əla idi və çempion olduqdan sonra da motivasiyası azalmadı. Hiss edirəm ki, Mixael Şumaxerin 7 qat Dünya Çempionu rekordunu qırmaq istəyir. Bu uğuru təkrarlaması üçün ona güclü bolid verməliyik”.