F-1.az xatırladır ki, “Təmiz Mübarizə” adlı kitabında Toto Volff və Niki Laudaya güvənmədiyi üçün 2013-cü ildə Mercedes AMG-dən ayrıldığını yazan Ross Braunun Formula1-in yeni rəhbəri olacağı barədə xəbərlər yayılmış, məşhur mütəxəssisin özü isə bu xəbərləri təkzib etmişdi. Volff isə Braunla aralarında heç bir problemin olmadığını qətiyyətlə bildirib.
Toto Volff: “Yazdığı kitab bir çox mübahisəyə səbəb oldu. Lakin hamı bilməlidir ki, komandanı və ya vəzifəni təhvil verərək getmək heç vaxt asan olmayıb. Bu, çox incə bir məsələdir. Mənim üçün heç bir problem yoxdur və haqqımda xeyli yaxşı sözlər deyib. Münasibətimiz qaydasındadır.
Ross çox təcrübəlidir və Formula1-in inkişafı üçün lazım olan hər bir şeyə sahibdir. O, həmişə burada idi. Bir neçə il idmandan uzaq qalsa da, heç bir komanda ilə yaxınlıq etmədi. Ross Formula1-də rəhbər vəzifədə olacaqsa, mən onu dəstəkləyəcəyəm”.