T.Volff: “Bottasla müqaviləni uzatmamaq ağılsızlıq olar”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Valtteri Bottasla müqaviləni yeniləməmək ağılsızlıq olar.

F-1.az xatırladır ki, finlandiyalı sürücü komandaya yanvar ayında qoşulsa da, 2 dəfə qalib gəlməklə, 10 yarışda 7 dəfə podiuma yüksələ bilib və hazırda lider Fetteldən 23 xal geri qalır.

Toto Volff: “Onunla müqaviləni yeniləməmək axmaqlıq olar. Mən sadəcə mozaikanı düzmək istəyirəm və hər şey 2018-ci illə əlaqəlidir. Budapeştdəki yarışdan sonra bir çimərlikdə komandanın gələcəyi üçün nəyin pis, nəyin yaxşı olacağını düşünəcəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*