F-1.az xatırladır ki, Bottas Rusiyada mükəmməl start alaraq yarışı qazanmış və komanda yoldaşı Həmiltona 36 saniyə fərq atmışdı. Finlandiyalı sürücü hazırda 3 qat Dünya Çempionundan cəmi 10 xal geridə qalır.
Niki Lauda: “İndiyə kimi aralarında hər hansı bir gərginlik olmayıb. Bottas az danışdığı üçün vəziyyət yaxşıdır. Keçənilki kimi əlavə gərginlik yoxdur. Lyuis peşəkar sürücüdür. Digəri də elədir. Buna görə də Bottas qələbə qazanıb deyə problem yaranacağını gözləmirəm. Bir-birinə hörmət edirlər. Ən vacibi də budur”.
Toto Volff: “Lyuis doğrudan da pis həftəsonu keçirdi. Bolid, sürücülər və təkərlər arasındakı anlaşılmazlığı həll etməliyik. İki sürücümüz arasındakı münasibət çox yaxşıdır. Lyuis karyerasındakı ilk qələbəsini qazanan Valtterini birinci təbrik edən sürücülərdən oldu. Bu da bir-birinə olan hörməti göstərir. Amma ikisi də bir-birinə rəqibdirlər. Yarışlar və Dünya Çempionluğunu qazanmaq üçün mübarizə aparırlar. Amma bu onların arasındakı münasibətə və komandaya keçən il Niko-Lyuis münasibətindəki kimi təsir etməz. Bu tamamilə fərqli münasibətdir”.