F-1.az xatırladır ki, finlandiyalı sürücü İtaliya yarışında Leklerə nisbətən daha təzə təkərlərdə olsa da, rəqibinə hücum edə bilməmişdi.
Toto Volff: “Rəqibinin arxasına yaxınlaşanda boliddən maksimumu ala bilmir. Çətinlik çəkir. Lyuis öndəki maşına yaxınlaşa bilir və hücum edir. Valtteri üzərində işləməlidir. Lakin İtaliyada əla yarışdı. Trasın ən sürətli pilotu idi”.