F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa pouldan başlasa da, startda Fettelin gerisinə düşmüş və qələbəni əldən vermişdi. Yarışa sonuncu yerdən başlayan Lyuis Həmilton finişə çatanda Bottasdan cəmi 2.7 saniyə geri qalmışdı.
Toto Volff: “Lyuis bütün mövsüm ərzində güclü idi, Valtteri isə bir az geri qalırdı. Amma Ferrari-yə qarşı mübarizə aparmaq çətindir. Arada böyük fərq yoxdur. Buna görə ötmə etmək çətin idi.
Valtteri yaxşı yarışdı. Startda geriyə düşdü. Fettelə yaxınlaşa bilmədiyimiz üçün pitdə keçmək istədik, amma bir saniyəyə ehtiyacımız var idi”.