F-1.az xatırladır ki, Bottas Avstraliyada həm sıralanma turunda, həm də yarışda 3-cü olmuşdu. Finlandiyalı sürücü yarışın sonunda komanda yoldaşı Həmiltona yaxınlaşsa da, ötmə edə bilməmişdi.
Toto Volff: “Bütün həftəsonu ərzində Valtterinin sürüşündən təsirləndim. Dünya Çempionunu (Niko Rosberq) əvəzləmək təzyiqləri də artırır. Buna baxmayaraq, Valtteri başını aşağı salıb öz işi ilə məşğul oldu. Yarışın sonunda Lyuisə çox yaxın idi. Sözün açığı, bu, bizim görmək istədiyimiz vəziyyətdir. Lyuis də çox uğurlu yarış keçirdi, amma bu şəraitdə yarışı qazanmağı çətin idi. Təkərlərə istədiyimiz kimi nəzarət edə bilmədik və bu, bizə baha başa gəldi”.