F-1.az xatırladır ki, finlandiyalı sürücü Azərbaycan yarışına pouldan başlayaraq, qələbə qazanıb. Bu, 29 yaşlı sürücünün builki ikinci qələbəsidir.
Qeyd edək ki, Bottas keçən il Bakı yarışında lider gedərkən son dövrələrdə təkəri partlamış və qələbəni əldən vermişdi.
Toto Volff: “Bu yarış onunçün kompensasiya oldu. Sürücülərimizə yarışmağa icazə verdik. Yarışın əvvəlində diqqətli olmalarını demişdik, çünki Medium təkərlərin nə qədər dözəcəyini bilmirdik. Yarışın sonlarında isə yarışmaqda sərbəst idilər. Sonlarda aralarında mübarizə oldu və bu, gözəl haldır. İkisi də təzyiq altında əla iş gördülər və səhv etmədilər. Ümid edirəm ki, mövsümün sonuna qədər belə qüsursuz sürərlər”.