T.Volff: “Bottas ikinci sürücü deyil”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Bottas ikinci sürücü deyil.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Bəhreyn və İspaniya yarışlarında komanda yoldaşı Həmiltona kömək etmişdi.

Toto Volff: “Komandada yaxşı atmosfer var. Xüsusən də, son yarışda gördük ki, arxadakılarla fərq böyükdür. Amma hazırda cəmi 5 yarış geridə qalıb və hər şey dəyişə bilər. Beş yarışdan sonra Bottas komandaya tamamilə uyğunlaşıb. Rusiyada əla iş görərək, qalib gəldi. Artıq daha inamlı olacaq. Çempionluq üçün hələ də şansı var. Beş yarışdan sonra onu ikinci sürücü etməyi düşünmürük. Valtterinin qələbə şansı olanda da Lyuis ona kömək edəcək”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*