F-1.az xatırladır ki, finlandiyalı sürücü Rusiyada qələbəyə yaxın olsa da, komanda əmri ilə yerini komanda yoldaşı Həmiltona verməli olmuşdu. Amma Bottas sonuncu Yaponiya yarışında komanda yoldaşının tempinə cavab verə bilməyib.
Toto Volff: “Pilotlara yarışlarda qalib gəlmək üçün trasa çıxdıqlarını xatırlatmaq lazımdır. Əgər bunu onun əlindən alsanız, zehni cəhətdən geriləməyə başlayar. Bottas düşünür ki, belə olmayıb, amma, məncə, az da olsa, bu hal ona təsir etdi. O əla komanda oyunçusudur”.