F-1.az xatırladır ki, Bottas yarışa 3-cü yerdən başlamış və Soft təkərlərə keçdikdən sonra təhlükəsizlik avtomobilinin arxasında yerində fırlanmışdı. Finlandiyalı sürücü bu səhvindən sonra 12-ci pilləyə qədər geriləsə də, yarışın yekununda 6-cı yeri tutaraq zərəri minimuma endirmişdi.
Toto Volff: “Valtterinin təhlükəsizlik avtomobili arxasında yerində fırlanması bəxtsizlik idi və buna görə də vaxt itirdi. Bu cür səhvlər həmişə ola bilər. Amma ən azından əvvəlki tempini tutub zərəri minimuma endirə bildi. Artıq bunu unutmalı və növbəti yarışlara fokuslanmalıdır.
Lyuis isə rahat yarış keçirdi. Hər şeyə yaxşı nəzarət etdi və səhv etmədi. Hazırda Ferrari ilə hesab 1:1 oldu. Təkmilləşdirmə yarışı artıq başlayıb”.